!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Baki ilə İslamabad uzaqmənzilli ballistik raket üzərində işləyə bilərlər” – Pakistanlı hərbi ekspert

!Reklam – Yazi

Pakistanla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilir.

Pakistanlı hərbi ekspert Abuzər İslam Yeniçağ.Ru-ya müsahibəsində regionda cərəyan edən prosesləri və Bakı-İslamabad münasibətlərinin mövcud durumunu dəyərləndirib:

“Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı hər zaman dəstəkləyib. Pakistanın qardaş Azərbaycana yönələn səmimiliyinin ən bariz nümunəsi Ermənistanı hələ də dövlət kimi tanımamasıdır.
Məlumdur ki, Pakistan hökuməti və silahlı qüvvələrinin təmsilçiləri Azərbaycan rəsmiləri ilə müdafiə xarakterli məsələlər, müdafiə sənayesi üzrə, xüsusilə, “JF-17 Thunder” hərbi təyyarələrinin texnologiyasının verilməsi üzrə danışıqlar aparırlar.

Ölkəmizin şimal-qərbində və Kəşmir dağlarında əla döyüş təcrübəsi toplayan Pakistan ordusu Azərbaycan hərbçilərinə xüsusi təlimlərin keçirilməsini təklif edə bilər. Pakistan hər hansı beynəlxalq müqavilədə sanksiyalaşdırılmayan istənilən döyüş sistemini Azərbaycana satmağa hazırdır.

Pakistan Azərbaycana ölkədə istehsal olunan silahlardan sata bilər. Ancaq görünür, Azərbaycanın baş naziri Pakistanın sizin ölkənin hərbi-sənaye kompleksinə texnoloji dəstək verilməsini daha məqsədəuyğun sayır. Azərbaycan ordusunun Pakistanın GIDS (Global Industrial Defence Solutions) şirkəti ilə əl qumbaraatanları ilə bağlı müqavilə imzalamasi iki ölkənin hərbi əməkdaşlığında yeni səhifədir.

Pakistan və Azərbaycan 300 kilometr mənzilli ballistik raketlər, artilleriya qurğuları və zirehli texnika layihələri üzərində birgə iş də apara bilərlər.

Azərbaycanın sənaye infrastrukturu və təbii ehtiyatları hər iki ölkəyə hərbi tədqiqatlar aparmağa, elmi-konstruktiv layihələri hazırlamağa imkan verir.

Fikrimcə, Pakistanın atıcı silahları qardaş Azərbaycana Ermənistanla münaqişədə çox kömək edə bilər. Ən əsası budur ki, Pakistan Azərbaycan hərbçilərinə təlim keçmək imkanının yaranmasıdır. Ötən ilin aprelində cəbhə xəttində vəziyyətin kəskinləşməsi ilə Kəşmirdə gərginliyin artması analoji vəziyyətlərdir.

Pakistan və Azərbaycan eyni təhlükələrlə üzləşdiklərindən, Pakistan hərbi xarakterli məsələlərin həllində Azərbaycana yardım göstərə biləcək ən münasib ölkədir.

Yeniçağ.Az

 

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv