Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı ilə Moskva arasında təhlükəsizlik müzakirələri: “İki ölkə arasında...” – YAP-çı deputat/VİDEO

Reklam: High Technic

“Nikolay Patruşevin Azərbaycana səfəri iki ölkə arasında təhlükəsizliyə aid bütün məsələlərin geniş spektrdə müzakirəsini ehtiva edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri və prezident İlham Əliyevlə görüşünü şərh edən millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Patruşevin Bakıda apardığı müzakirələrdə təhlükəsizlik məsələləri ön planda olub: “Rusiya ilə Azərbaycan arasında sıx dostluq, müttəfiqlik və mehriban qonuşuluq münasibətləri var. Bu gün iki dövlət arasında hansı sahələrdə əməkdaşlıq mümkündürsə, o sahələr üzrə geniş əlaqələr qurulub.

Eyni zamanda, biz regionda və dünyada təhlükəsizliyin, stabilliyin olmasında maraqlıyıq. Bu məsələdə Rusiya ilə bizim mövqeyimiz üst-üstə düşür.

Adından da göründüyü kimi, Rusiya Təhlükəsizlik Şurasının katibi olan Nikolay Patruşevin Azərbaycana səfəri iki ölkə arasında təhlükəsizliyə aid bütün məsələlərin geniş spektrdə müzakirəsini ehtiva edir.

Şübhəsiz ki, aparılan danışıqlarda Azərbaycanla Rusiyanın birgə fəaliyyəti, ümumi maraqları və dünya birliyində hər iki ölkə üçün faydalı istiqamətdə birlikdə hərəkəti üçün mövcud imkanlar dəyərləndirilib”.

Aqil Bəkir

www.yenicag.az

940