!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı küçələrində "Prius" DƏHŞƏTİ: Bu avtomobilləri sığorta şirkətləri qəbul etmir?

!Reklam – Yazi

“”Prius”ları idarə edən şəxslərin əksəriyyəti sürücülüklə bağlı müəyyən prinsipləri pozurlar”.

Azərbaycanda sığorta şirkətləri bir çox maşınları sığorta etməkdən boyun qaçırır. Belə ki, şirkətlər taksi və avtobus fəaliyyəti ilə məşğul olan bir sıra nəqliyyat vasitələrini sığorta öhdəliyinə götürmürlər. Xüsusən də son zamanlar adı yol qəzalarında daha çox hallanan “Toyota Prius” markalı avtomobilləri sığortalamaq sığorta şirkətlərinin arzuolunmaz avtomobilləri siyahısında durur.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, paytaxtda baş verən qəzaların 90 faizinin taksi fəaliyyətinə yönəldilən “Toyota Prius”, “Opel Astra”, “Kia Rio” və digər kiçik mühərrikli nəqliyyat vasitələri ilə bağlıdır və buna görə də şirkətlər onları zərərli hesab edir:

“Taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobillər və avtobuslarla bağlı problem mütəmadi olaraq hər il yaşanır. Çünki bu nəqliyyat vasitələrindən istifadə edən şəxslər hər hansısa qəza baş verərkən şirkətdən ödənişlərini ala bilmirlər. Bu halda sığorta şirkətlərinə üz tutulur. Sığorta şirkətləri isə bu vəziyyətdən qaça bilmirlər və ziyanla işləyirlər. Bu baxımdan sığorta şirkətləri zərərə uğramamaq üçün daha az qəza keçirmiş avtomobil sahibləri ilə əməkdaşlığa üstünlük verirlər. Bu gün sığorta şirkətləri avtomobili səliqəli idarə edən şəxslərdən daha çox məmnundur. Reallıq budur ki, indiki şəraitdə “Toyota Prius” markalı avtomobillərdən əsasən taksi xidməti üçün istifadə olunur. Əslində, sığorta şirkətlərinin qərarını başa düşmək olar. Çünki “Prius”ları idarə edən şəxslərin əksəriyyəti sürücülüklə bağlı müəyyən prinsipləri pozurlar və qəza hallarına daha çox yol verirlər. Fikrimcə, sığorta şirkətlərinin qərarı bir inzibati tənbehdir”.

Gülşən Şərif

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv