!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosu yay qrafikinə keçir

!Reklam – Yazi

Aparılmış monitorinqlər əsasında sərnişin sayının azalması, o cümlədən tədris mövsümünün, başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

Yenicag.az “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, yeni tədris mövsümünün əvvəlinə qədər qüvvədə qalacaq qrafikə uyğun, sərnişinlərin əsas axın saatlarında – hər iş günü saat 07:00-dan saat 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

Qırmızı və Yaşıl xətlərin “28 May” stansiyasında birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

Şənbə və bazar, eləcə də bayram günlərində qatarlar arasında interval saat 07:00-dan 21:00-a qədər 3 dəqiqə olmaqla tənzimlənəcək.

Bununla belə, sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər bütün amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik tətbiq olunmayacaq.

Xətlərin “28 May” stansiyasında birləşməsi və elektrik deposunun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edir və bir qədər böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədardır.

Sərnişinlərin marağı nəzərə alınaraq, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunur.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv