!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda 7 vaqonlu qatarlar xəttə buraxıldı - FOTO

!Reklam – Yazi

Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttində – “Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda 7 vaqonlu qatarlar istismara buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, metronun inşa olunan xətlərində sərnişin platformaları 7 vaqonlu qatarların hərəkətinə hesablanıb. 2016-cı ildə istismara verilən Bənövşəyi xətdə cəmi iki stansiya olduğundan 5 vaqonlu qatarların hərəkəti münasib bilinib. Hazırda 3 stansiyası istismarda olan xəttin yaxın gələcəkdə elektrik deposu və daha bir stansiyasının istifadəyə veriləcək. Bu səbəbdən texniki tələblərə uyğun qaydada 7 vaqonlu hərəkət parametrlərinə keçilib. Həmçinin Bənövşəyi xətdə 7 vaqondan ibarət qatarların hərəkəti üçün yeni tipli müasir idarəetmə sistemləri qurulur. Bununla əlaqədar avqustun 31-dən xəttin istismara hazırlanan sahəsində qatarların hərəkətinin işarəvermə sistemlərinə uzlaşdırılmasına başlanılıb. Qısa müddətdə işlər müvəffəqiyyətlə tamamlanıb. Sentyabrın 15-də iİşçi komissiyanın yoxlamaları nəticəsində 7 vaqonlu qatar tərkiblərinin normativ-texniki sənədlərin tələblərinə uyğun istismarını təmin edən tədbirlər planı təsdiq olunub. Bununla bağlı Depolar üzrə iş departamenti formalaşdırılan 7 vaqonlu qatarlarda texniki tənzimləmələr aparıb. Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişlik, Hərəkət qatarlarının istismarı üzrə iş departamenti, Mərkəzləşdirilmiş dispetçer və Hərəkət xidmətlərinin iştirakı ilə baxış-yoxlama və sınaq xarakterli tədbirlər görülüb. Xətdə sınaq yürüşlərindən sonra, oktyabr ayının 12-dən 5 vaqonlu qatarlara daha 2 vaqonun əlavə olunması ilə 7 vaqonlu hərəkət tərkiblərinin formalaşdırılmasına və onların Bənövşəyi xətdə sərnişindaşıma prosesinə cəlb edilməsinə icazə verilib.

Buna uyğun olaraq, Mərkəzləşdirilmiş dispetçer xidməti 7 vaqonlu qatarların qış mövsümünə uyğun hərəkət qrafikini hazırlamağa başlayıb. Həmin qatarların xətdə sınaqları saat 22:00-dan başlayaraq, Xocəsən qəsəbəsində inşa edilmiş yerüstü stansiyadan dövr etməklə təmin olunub. Aparılmış uğurlu sınaqlara əsasən 7 vaqonlu qatarlar mərhələli şəkildə sərnişindaşıma prosesinə cəlb edilib. Hazırda xəttin bütün qatarları 7 vaqonlu olmaqla sərnişindaşıma prosesindədir.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv