!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda bu qatarlar yenilənəcək - Qurum rəsmisi AÇIQLADI

!Reklam – Yazi

“İstismar müddəti başa çatmış vaqonların xüsusi texniki komissiya yaradılmaqla istismar müddəti uzadılsa da, bu o qədər də uzun olmur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında metroda istismar müddətini başa vurmuş qatarların yenilənməsi haqda danışan “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteninin vaqon parkında modifikasiyasından asılı olaraq, bütün qatarların hər birinin istismar müddəti 30-31 ildir.

“Bu müddət ərzində vaqonların baxışı, təmiri qulluğu vaxtı-vaxtında aparıldığından hər hansı ciddi problem yaşanmır. Vaqon istehsalçı müəssisə tərəfindən təyin olunmuş müddət ərzində istifadə olunur. Vaqonların Bakı Metropolitendə yenilənməsi məhz bu prinsip əsasında aparılır. Yəni istismar müddəti başa çatmış vaqonların xüsusi texniki komissiya yaradılmaqla istismar müddəti uzadılsa da, bu o qədər də uzun olmur. Lakin istismar müddətini başa vurmuş vaqonlar əksər hallarda yeniləri ilə əvəz olunur. Bu da yeni nəsil qatarlardır”, – deyə o əlavə edib.

B.Məmmədov qeyd edib ki, bu vaxta qədər Bakı Metropolitenə 115 vaqon gətirilib:

“Hazırda 23 qatarın hamısı saz vəziyyətdə xətdə istifadə olunur. Bu qatarların gətirilməsinə 2015-ci ildən başlanılıb. Onların bəzilərinə böyük təmir işləri də aparılıb. Şəxsi avtomobillərdən fərqli olaraq, bu vaqonlara onların saz vəziyyətdə olub-olmamasından asılı olmayaraq, təmir mütləq qaydada həyata keçirilməlidir. Bu il bağlanmış müqaviləyə əsasən, qarşıdakı üç il ərzində Bakı Metropoliteninə 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i yaxın bir il ərzində metropolitenə daxil olmalıdır. Hazırda bu istiqamətdə işlər aparılır. Alınan vaqonların hər biri istismar müddətini başa vurmuş vaqonları əvəz edəcək. Qeyd edim ki, proses davamlıdır və dayanmadan aparılır və zərurətdən asılı olaraq, həyata keçirilir”.

Yeni metro stansiyalarının tikintisi barədə danışan qurum rəsmisi əlavə edib ki, hazırda Bakı Metropolitenində yalnız bir stansiyanın inşası aparılır.

“Hazırda Bakı Metropolitenində yalnız bir stansiyanın inşası aparılır. Bu, bənövşəyi xətlə ümumilikdə 4-cü yeraltı stansiyasıdır. Onun şərti adı B04-dür. Stansiya Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert kompleksinin arxasında yerləşir. Stansiyada hazırda infrastrukturun qurulması işləri başa çatmaq üzrədir. Metro stansiyası 4 mərtəbədən ibarət olacaq. Bütün mərtəbələr üzrə tikinti işləri başa çatdırılıb”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv