Bakı-Qazax yolunda iki avtomobil toqquşub
Bakı-Qazax yolunun 370-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Göygöl rayonu ərazisində Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun idarə etdiyi 52-BG-073 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və Bakı sakini Əbdürrəhimov Ramin Vaqif oğlunun idarə etdiyi 90 UG-925 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2107”-də olan sərnişin, 1966-cı il təvəllüdlü Gəncə şəhər sakini Xəlilova Yeganə Fəxrəddin qızı hadisə yerində dünyasını dəyişib.
Avtomobilin sürücüsü R.Həsənov və onun digər sərnişini, 1940-cı il təvəllüdlü Gəncə şəhər sakini Quliyeva Məlahət Məcid qızı xəsarət alıblar.
“Ford”un sürücünün isə yüngül xəsarət aldığı bildirilir.