!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba yolunda yük maşını piyadanı vurdu

!Reklam – Yazi

3

Bakı-Quba yolunun rayonun Çağacuğ kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən bildirir ki, sərxoş vəziyyətdə yola çıxan rayonun Çiçi kəndində qeydiyyatda olan 1963-cü il təvəllüdlü Eldarov Güləli Teymur oğlunu “Howo” markalı yük maşını vurub.

Təcili tibbi yardım maşını ilə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılan xəstə qapalı kəllə-beyin travması ehtimallı, baş-beyin silkələnməsi, sol bud sümüyünün boynunun sınığı, ikinci mərhələdə travmatik şok, döş qəfəsinin əziyi, sol tərəf dördüncü qabırğanın sınığı diaqnozu ilə qəbul olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv