Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı-Şamaxı-Yevlax yolu bağlandı

Ağdaş rayonunda güclü külək fəsadlar törədib.

“Report”un məlumatına görə, rayon ərazisində elektrik və rabitə dirəklərinin, eyni zamanda naqillərin sıradan çıxması səbəbi ilə elektrik enerjisinin verilişi dayanıb. Bundan başqa, güclü külək iri gövdəli ağacları aşıraraq Bakı-Şamaxı-Yevlax magistralının rayonun Xosrov kəndi ərazisindən keçən hissəsini hər iki istiqamətdə bağlayıb. Rayonun Aralbir kəndi ərazisində yerləşən istixanaların dam örtüyü, fərdi yaşayış evlərinin daş hasarları və dam örtüklərinə ziyan dəyib.

Hazırda Ağdaş rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərə baxış keçirir və dəyən ziyan dəqiqləşdirilir.

Yeniçağ.az

 

www.yenicag.az

406