Bakı-Şamaxı yolunda ağır qəza baş verib

media-hightechnic-468x90

1362376447_1362375670_qezayBakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə yolun 114-cü kilometrliyində, Şamaxının Sabir qəsəbəsi ərazisində qeydə alınıb. Ağsu sakini, 1959-cu il təvəllüdlü Ağakərim Kərimov şəxsi minik avtomobili ilə hərəkət edərkən yolda maşının yanacağı qurtarıb. O, maşını yolun kənarında saxlayaraq yerə düşən zaman Şamaxı tərəfdən sürətlə gələn başqa bir minik avtomobili onu vurub. Hadisə zamanı Ağakərim Kərimov aldığı ağır xəsarət səbəbindən dünyasını dəyişib. Onu vuran naməlum avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Hazırda həmin avtomobilin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600