Bakı-Tbilisi qatarı yerli turizmi necə dəyişəcək? – Ucuzlaşma yoxsa BAHALAŞMA?

media-hightechnic-468x90

“Bakı-Tbilisi qatar yolunun açılmasının Azərbaycan turizm bazarına az da olsa təsirləri gözləniləndir”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.

Ekspert Bakı-Tbilisi qatar yolunun açılmasının yerli turizm bazarına təsirlərini belə şərh edib:

“Bakı-Tbilisi qatar yolunun açılması Azərbaycan turizm bazarına müəyyən dərəcədə təsir göstərə bilər. Çünki xaricdən təklif olunan tur-paketlər daha çox Tbilisi-Gürcüstan və Yerevan-Ermənistan üzərindən satılır, ehtiyac olduqda isə Azərbaycan bu marşrutlara əlavə edilir. Qatar yolu daha ucuz olduğu üçün xarici turistlərin Qafqaz turunu tamamlamaq məqsədilə Azərbaycana gəlmək üçün Tbilisi-Bakı yolunu seçməsinə səbəb ola bilər. Eyni zamanda, orada yaşayan soydaşlarımızın və gürcü müştərilərin də Azərbaycana gəlişi gözləniləndir. Ümid edirik ki, bu, tez bir zamanda yerli turizm bazarına təsir göstərə və az da olsa inkişafa səbəb ola bilər”.

Bölgələrdə otel və kirayə evlərin qiymətində enmə gözlənilirmi? – Ekspert bu suala da aydınlıq gətirib:

“Bölgələrdə kirayə evlərin qiymətlərindəki artım mövsümi xarakter daşıyır və xüsusən iyun, iyul, avqust aylarına təsadüf edir. Qiymətlər tələb və təklifdən asılı olaraq dəyişir. Təbii ki, bu baxımdan bölgələrdə kirayə evlərin bahalaşması gözləniləndir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05