Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı Türk Liseyindən unudulmaz Soma başsağlığı

10352489_828596690502943_1503453527_o

10344007_828596750502937_528028399_oKadir Bektaşoğlu: “Yerin altında neçə nəfər şəhid qardaşımız var, bilmirik, amma yerin üstündə yüz milyonlarla gözü yaşlı, qəlbi qırıq, dilində Soma üçün dualar edən yaralılar var”

Azərbaycanda fəaliyyət göstərən ilk türk qurumlarından olan Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi Soma faciəsini unutmayıb. Liseyin direktoru Kadir Bektaşoğlunun verdiyi xəbərə görə, müəllim və tələbələr Soma faciəsini anıblar.

Daha sonra şagirdlər SOMA şəklində toplaşaraq, “Başın sağ olsun, Türkiyə” mesajı veriblər.

Kadir Bektaşoğlu “Yerin altında neçə nəfər şəhid qardaşımız var, bilmirik, amma yerin üstündə yüz milyonlarla gözü yaşlı, qəlbi qırıq, dilində Soma üçün dualar edən yaralılar var. İnsan dünyada gövdəsi deyil, qəlbi qədər yer tutar. Şəhid qardaşlarımıza fatihələr, dualar, yaxınlarına və əziz millətimizə səbr və başsağlığı diləyirik” deyə, hadisəyə münasibətlərini sərgilədi.

 

 

 

www.yenicag.az

554