Bakıda 3 qız itkin düşdü

media-hightechnic-468x90

Bakıda 3 qız itkin düşüb, onlardan 1-i tapılaraq sığınacağa yerləşdirilib.

Yenicag.az-ın məlumatına görə, Yasamal rayon sakini 2007-ci il təvəllüdlü Hətəmxanova Zilan yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RP) 28-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Həmçinin 2008-ci il təvəllüdülü Allahverdiyeva Şəlalə “Nərimanov” parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Faktla bağlı araşdırma Nərimanov RPİ-də aparılır.

Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin və Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl itkin düşmüş 15 yaşlı qız paytaxt ərazisində tapılaraq sığınacağa yerləşdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600