Bakıda 5 mərtəbəli binada yanğın oldu

media-hightechnic-468x90

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb.

Yenicag.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 m² sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa