Bakıda 6 maşın bir-birinə girdi-Ölən var

media-hightechnic-468x90

77242Ötən gün saat 13:00 radələrində Bakıda zəncirvari yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yo qəzası H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Gülağa Fərzəliyevin “Reno”, 1984-cü il təvəllüdlü Məmməd Nəcəfovun “Mercedes”, 1953-cü il təvəllüdlü Əşrəf Həsənovun “Mercedes”, 1979-cu il təvəllüdlü Natiq Xəlilovun “Honda”, 1977-ci il təvəllüdlü Xəyal Rzayevin “Hyundai”, 1968-ci il təvəllüdlü Asəf Eyvazovun idarə etdiyi “Mitsubişi” markalı avtomobillər toqquşub.

Sürücülər M.Nəcəfov, Ə.Həsənov, G.Fərzəliyev və onun sərnişini 2003-cü il təvəllüdlü Xaliq Rəhimli, “Honda” avtomobilinin sərnişinləri – 1981-ci il təvəllüdlü Nuray Xəlilova, 2014-cü il təvəllüdlü Munisə Xəlilova və bacısı 2011-ci il təvəllüdlü Surə Xəlilova xəsarət alaraq müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər.

S.Xəlilova saat 16:30 radələrində xəstəxanada ölüb. Digər yaralıların həyatları isə xilas olunub.

Faktla bağlı Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsi tərəfindən araşdırma aparılır. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600