Bakıda ağac aşdı, bir nəfər xəsarət aldı - FOTO

media-hightechnic-468x90

Bakının mərkəzi küçəsində irigövdəli ağac aşıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bildirilib ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində qeydə alınıb.

Güclü külək nəticəsində aşan ağac səkidə hərəkət edən piyadanın üzərinə düşüb. Xəsarət alan şəxsə yaxınlıqdakı insanlar tərəfindən yardım edilib.

Hadisə ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən də məlumat təsdiqlənib. Qeyd edilib ki, müvafiq araşdırma aparılır.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə Oxu.Az-a bildirilib ki, ağacın aşması nəticəsində yaranmış fəsadlar qurumun əməkdaşları tərəfindən ən qısa zamanda aradan qaldırılıb.
Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600