!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNDİ

!Reklam – Yazi

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

İlkin ehtimala əsasən, ağaclıq ərazidə 300 kvadrat metr sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

*

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 300 m² ərazidə ağaclıq yanır.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv