Bakıda ağır yol qəzası, ölən və yaralananlar var

media-hightechnic-468x90

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb.

Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Yaralılar 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600