Bakıda ana körpəsini taksidə qoyub qaçdı - FOTO

media-hightechnic-468x90

Bakıda anası tərəfindən atılmış uşaq sığınacağa yerləşdirilib.

Yenicag.az xəbər verir ki, ötən gecə paytaxt ərazisində naməlum qadın övladını taksidə qoyaraq uzaqlaşıb. O, sürücüyə su alıb qayıdacağam deyərək geri dönməyib.

Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Polisin müşayiəti ilə azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib.

Sığınacaqdan bildirilib ki, uşaq qidalanıb və orada ona yer ayrılıb, səhhətində hər hansı problem yoxdur.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır./Qafqazinfo.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600