Bakıda ana və körpəsini maşın vurub

media-hightechnic-468x90

imagesBakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 14.30 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Aysel Əliyeva qucağında körpə uşağı ilə birlikdə “Mercedes” markalı maşına əyləşmək istəyərkən arxadan gələn avtomobil piyadaların oturmaq istədiyi maşına çırpılıb. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü Vüsal Əhmədov, piyada Aysel Əliyeva və körpəsi – Abbas Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

A.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Qəza səbəbindən Sabunçu-Zabrat yolunda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600