Bakıda avtobus qəzası: ölən və yaralananlar var

media-hightechnic-468x90

img2065624Daxili İşlər Nazirliyi (DİN) Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi “Mercedes” və İsmayıl Babayevin idarə etdiyi “Isuzu” markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə K.Abbasov hadisə yerində ölüb, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən K.Abbasov mühafizə polisinin əməkdaşı olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa