Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda avtobuslar üçün xüsusi zolaq yaradılacaq

37775Azərbaycanın Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının dünən növbəti iclası olub.

İclasda qəbul edilən qərara əsasən, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinə paytaxtda şəhərdaxili müntəzəm avtobus marşrutlarının optimallaşdırılması, marşrutlara tələbata uyğun sayda avtobusların buraxılması, avtobus dayanacaqlarının hərəkətə maneə yaradan yerlərdən, xüsusilə yol kəsişmələri ətrafından köçürülməsi və mümkün olan yerlərdə dayanacaq üçün “ciblər”in yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsi, şəhərdaxili avtobus marşrutlarında hərəkət cədvəllərinə və hərəkət sxemlərinə riayət olunmasına nəzarəti gücləndirilməsi, cərimələrin tətbiqini təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.

Bundan başqa, DİN və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını müəyyənləşdirməli, bu zolaqlarda göstərilən növ nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər. (AzərTac)

www.yenicag.az

213