Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda avtomobil betona çırpıldı - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 17-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində İsmayıllı rayon sakini E.Mirzəyev idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Bakı şəhər sakin Natiq Kazımov hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

342