Bakıda avtomobil xəndəyə düşüb-Foto
Bakıda avtomobil xəndəyə düşüb.
Bu gün səhər saat 10:00 radələrində paytaxtın Babək prospekti ilə hərəkətdə olan minik avtomobili qəzaya uğrayıb.
Avtomobil “Days Hotel”in yaxınlığında yolda kommunikasiya xətlərinin çəkilməsi üçün qazılmış xəndəyə düşüb.
Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib(trend).