Bakının Hüseyn Cavid prospektində yerləşən 49 nömrəli mənzildə yanğın hadisəsi baş verib.
Həmin evdə kirayədə qalan Abdullayev Fərhad Yenicag.az-a açıqlamasında yanğının divandan başladığını deyib:
“Uşaqlar üçü də evdə idi. Nə ediblərsə, divan yanıb, oradan da bütün evi od tutub”.
Fərhad Abdullayev qeyd edib ki, yanğın nəticəsində ona 5 min manat dəyərində ziyan dəyib:
“Televizor, divan, yataq dəsti, soyuducu, mebel dəsti tamamilə yanıb. Əsas odur ki, xəsarət alan olmayıb, uşaqlar sağ-salamatdır”.
Hadisə yerinə çatan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını digər mənzillərə keçməmiş söndürüb.
Səxavət Məmməd
Fotolar müəllifə məxsusdur
www.yenicag.az