Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda azyaşlı uşaqlar zəhərləndi

Bakıda azyaşlı uşaqlar kütləvi şəkildə dərman preparatlarından zəhərlənib.

Bu barədə Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, zəhərlənən azyaşlılar-3 yaşlı Həsən Rəhmalı, 2 yaşlı Zeynəb Əliyeva, 6 yaşlı Toğrul Xəlilli, 7 yaşlı Allahverdi Zeynalov və 3 yaşlı Şahin Səfərov mərkəzə Bakının ayrı-ayrı ünvanlarından daxil olub:

“Azyaşlıların ikisi sürkə turşusu, İkisi dərman prepratları, biri isə “Nazivin” burun damcısı ilə zəhərlənib. Bunlar ehtiyyatsızlıqdan və diqqətsizlikdən baş verib.”

Azər Maqsudov hazırda uşaqların vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib: “Bir az dodaqlarında, ağızboşluğunda yanıqları var. Yəni o qədər də narahatlıqları yoxdur.”

Yeniçağ.az

www.yenicag.az

111