!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda "Caspian Energy Forum-2017" keçirilir

!Reklam – Yazi

Bu gün Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” öz işinə başlayıb.

“APA-Economics”in məlumatına görə, forum iki sessiyadan ibarət olacaq. Birinci sessiya ölkədə həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunub.

İlk sessiyada biznesin stimullaşdırılması – dövlәt siyasәtinin prioriteti, dünya bazarlarının böhranı şәraitindә iqtisadiyyatın inkişaf perspektivlәri, Azәrbaycan iqtisadiyyatının islahatlaşmasında Dövlәt Gömrük Komitәsinin rolu, dövlәt müәssisәlәrinin sәhmlәşdirilmәsinin perspektivlәri, iqtisadiyyatın islahatlaşdırılması, keyfiyyәtli infrastrukturun inkişafı – rәqabәtәdavamlı ixracyönümlü mәhsul istehsalının әsas aspekti mövzuları müzakirə olunur. Birinci sessiyanın sәdri “Caspian European Club və Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. Sessiyada Avropa Komissiyasının enerji birliyi üzrә vitse-prezidenti Maroş Şevçoviçin IV Beynәlxalq “Caspian Energy Forum – 2017” iştirakçılarına video-müraciәtlәri, həmçinin Xorvatiya prezidenti Kolinda Grabar-Kitaroviçin forum iştirakçılarına müraciәti səslənib.

Birinci sessiyanın mәruzәçilәri Dövlәt Gömrük Komitәsinin sәdri Aydın Әliyev, Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin sәdri Ramiz Hәsәnov, “Azәrsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzandır.

İkinci sessiya Xəzər regionu dövlətlərinin enerji sektorunun inkişafı məsələsini əhatə edəcək. Burada Cәnub Qaz Dәhlizinin hәyata keçirilmәsi, Xәzәrin Azәrbaycan sektorunun әsas yataqları, perspektivli sahәlәrin kәşfiyyatının ilkin nәticәlәri, Azәrbaycanda orta vә kiçik biznesin inkişafı – rәqabәtәdavamlı bazarın özülü, İKT sektorunun layihәlәri, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz vә Mәrkәzi Asiyada bәrpaolunan enerji mәnbәlәrinin maliyyәlәşmәsi kimi məsələlər müzakirə olunacaq. Sessiyanın sәdri Milli Mәclisin İqtisadi siyasәt, sәnaye vә sahibkarlıq komitәsinin sәdri Ziyad Sәmәdzadә, mәruzәçilәr Alternativ vә Bәrpa Olunan Enerji Mәnbәlәri üzrә Dövlәt Agentliyinin sәdrinin müavini Cəmil Məlikov, nəqliyyat, rabitә vә yüksәk texnologiyalar nazirinin müavini Elmir Vәlizadә, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, AYİB-nın Rusiya, Mәrkәzi Asiya vә Qafqazda enerji üzrә direktoru Aida Sitdikova olacaq.

“Caspian Energy Forum-2017”-yə həmçinin Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılıblar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edir.

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv