“Fenerbahçe”dən Trossar HƏMLƏSİ – Mourinyodan YAŞIL İŞIQ

media-hightechnic-468x90

Joze Mourinyonun rəhbərliyi altında yeni mövsüm hazırlıqlarına başlayan “Fenerbahçe” transfer bazarında fəallığını artırıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, klubun əsas hədəfi “Arsenal”da çıxış edən belçikalı forvard Leandro Trossardır.

İngiltərə təmsilçisi müqaviləsinin başa çatmasına 1 il qalan futbolçunu satmaq niyyətindədir və təxminən 20 milyon avro tələb edir. “Fenerbahçe” isə bu məbləği azaltmaq istəyir. Məlumata görə, İstanbul təmsilçisinin ilk rəsmi təklifi 10 milyon avro civarında olacaq. Danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir.

İddiaya görə, Trossar özü də “Fenerbahçe”yə keçidə müsbət baxır. Joze Mourinyonun razılığı ilə prezident Əli Koç bu transferi reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, 30 yaşlı hücumçu karyerası ərzində 471 oyunda 130 qol və 67 məhsuldar ötürmə ilə yadda qalıb. Trossarın “Arsenal” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600