!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşət - 33 yaşlı kişi küçədə bıçaqlandı

!Reklam – Yazi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, mənzil 11-in qarşısında qeydə alınıb.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Babaşov Fariz Mahir oğlu tanışı, Yasamal rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Ülvi Zakir oğluna 2 bıçaq zərbəsi vuraraq öldürməyə cəhd edib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

F.Babaşov hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

F.Babaşovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv