Bakıda dəhşətli qəza: 1 ölü

media-hightechnic-468x90

86af17b8483cbdc508486b6035d4cbe1Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ziya Bünyadov prospekti ilə “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan “Mercedes”in sürücüsü E.Həsənov havanın yağışlı olması səbəbindən idarəetməni itirib. Sürət yüksək olduğundan sürücü yaş yolda avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yanacaqdoldurma məntəqəsinin hasarına çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişini Şaiq Abbasov xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

media-ziraat-728x90

Bakıda dəhşətli qəza-1 ölü

media-hightechnic-468x90

img1725850Bakıda ağır yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 7-də saat 19:40 radələrində, “Koroğlu” metrosunun yaxınlığında Bakı şəhər sakinləri – 1969-cu il təvəllüdlü Xudaverdi Sadıqovun idarə etdiyi “Mitsubishi” markalı, 1957-ci il təvəllüdlü Nazim Əliyevin idarə etdiyi “Mercedes” markalı və 1967-ci il təvəllüdlü Bəhruz Rüstəmovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə B.Rüstəmov hadisə yerində ölüb, “Mercedes” markalı avtomobilin sərnişini Sevda Əliyeva xəstəxanaya daxil olaraq ambulator müalicədən sonra evə buraxılıb.

Faktla bağlı Sabunçu RPİ 12-ci PB-də araşdırma aparılır.

(lent.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600