!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB “Nikosayağı”nın son durumu ilə bağlı AÇIQLAMA YAYDI - YENİLƏNDİ

!Reklam – Yazi

“Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Hazırda həkim nəzarəti altındadır”.

Yenicag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumatda bildirilir:

“15.08.2023-cü il tarixində saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.

Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Hazırda həkim nəzarəti altındadır.

Fəxri Rüstəmova Sabunçu Tibb Mərkəzində sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Daha sonra vətəndaş özünün və ailəsinin istəyi ilə ambulator müalicə üçün evə buraxılıb”.

***

10:06

TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır.

Yenicag.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hazırda həkim nəzarəti altında lazımı müayinə və müalicələri davam etdirilir.

Xatırladaq ki, gecə 01:08 radələrində Nərimanov rayonu ərazisindəyol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

***

03:00

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

N. Mütəllimov idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli saytımıza açıqlamasında  bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da abtomobil vurub, ayağından xəsarət alıb. Yol polisi ərazidə hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.

***

01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.

***

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovn törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Yenicag.az Unikal-a istinadən xəbər verir ki, qəzada həlak olan Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədovdur.

Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur.

video-output-1FE205CE-E5D7-4F71-8591-58E59B555F2F

www.yenicag.az

8857
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv