!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dünyaya gələn beşəmlərin vəziyyəti AÇIQLANDI

!Reklam – Yazi

Bakıda dünyaya gələn beşəmlərin son vəziyyət açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, avqustun 11-də doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir:

“Beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar.

Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub “CPAP” rejimində respirator tənəffüs dəstəyi alırlar, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir”.

Qeyd edək ki, körpələr – 1 260, 1 020, 1 030, 1 300, 1 180 qram olmaqla doğulublar.

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv