!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda erməni dilində yazılmış fransız yağı satılır - “Bravo” “President”i niyə satışdan yığışdırmır? - VİDEO / FOTOLAR

!Reklam – Yazi

Video əlavə olunub

***

Həm də ermənicə qablaşdırılmış ərzaq və digər məhsulların ölkə ərazisinə necə daxil olması ilə bağlı suallar hələ də açıq qalır.

Yenicag.az xəbər verir ki, ölkənin ən iri ticarət şəbəkəsi hesab olunan “Bravo” Supermarketlər Şəbəkəsində ermənicə qablaşdırılmış məhsulların satışı adi qaydada davam etdirilir.

Redaksiyamıza daxil olan məlumata əsasən, “Bravo”da Fransa istehsalı olan və tərkibi haqda məlumatların Azərbaycan dili ilə yanaşı, ermənicə də qeyd edildiyi “President” kərə yağları satılır.

Aydındır ki, istehsalçı şirkət əlavə xərc çəkməmək üçün qablaşdırmada bu və ya digər məhsulun ixrac edildiyi region ölkələrinin dilindən istifadə edir.

Bununla belə, ölkənin gömrük orqanları və həmin məhsulların topdan, həmçinin pərakəndə satışı ilə məşğul olan şirkətlərlə ticarət mərkəzləri ermənicə qablaşdırılmış məhsulu ölkəyə buraxmağa və satışa çıxarmağa bu qədərmi məcburdur? Yoxsa ölkə əhalisinin kərə yağı ilə təminatında illah da Fransa istehsalı olan “President” müqayisə olunmayacaq dərəcədə imtinaedilməz məhsula çevrilib?

Yaxşı, bu məqamları bir kənara qoyaq. Müharibə apardığımız işğalçı Ermənistanın dövlət dilində qablaşdırılmış məhsullar nəyə görə “Bravo” və ya başqa supermarketlərin rəflərini “bəzəməlidir?”

Axı heç bir ticarət obyektinin kommersiya maraqları milli dövlət mənafelərindən önə keçə bilməz və keçməməlidir. Bunu Gömrük Komitəsi də, “Bravo” rəhbərliyi də bilməli və mütləq nəzərə almalıdır.

Həm də ölkəmizdən süni erməni izlərinin ard-arda təmizləndiyi bir vaxtda…

Mövzunu diqqətdə saxlayacağıq.

www.yenicag.az

3806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv