Bakıda evlərə qənim kəsilən azyaşlılardan ibarət dəstə tutuldu

media-hightechnic-468x90

Bakıda mənzillərdən oğurluq edən dəstə yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bakı şəhər sakini Anar İmanov Nəsimi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, mayın 13-də axşam saatlarında evinə gələrkən naməlum şəxslərin onun mənzilinə daxil olmağa cəhd etdiyini görüb. Həmin şəxslər onu görüb hadisə yerindən qaçıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunan, 2004-cü il təvəllüdlü İlkin Salayev, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə əvvəllər məhkum olunmuş, Qazax rayon sakini, 2005-ci il təvəllüdlü Xəyal Vəliyev və onun qardaşı 2002-ci il təvəllüdlü Oruc Vəliyev saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mayın 12-də Nəsimi rayonu, Cavadxan küçəsində H.Almirzəyevin evindən pul, bank kartı və 450 manat dəyərində mobil telefon oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600