Bakıda evləri su basdı

media-hightechnic-468x90

75684Bu gecə Bakıda yağan yağışlar nəticəsində yaşayış evlərinə su dolub.

Məlumata görə, sakinlər gecə saat 5 radələrində bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət ediblər. 

FHN-in məlumatına görə, Bakının Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600