!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda gənc 7 yaşlı uşağı öldürmək istədi, həbs edildi - 14 il 

!Reklam – Yazi

Bakıda 7 yaşlı uşağı öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Mövsüm Bağırov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xəzər rayonunda Mövsüm Bağırov qonşuluqda yaşayan 7 yaşlı uşağın başına daş çırparaq öldürməyə cəhd edib.

Yaralı uşaq xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb uşağın Mövsüm Bağırovun yanında partladan atması olub.

İstintaq orqanı tərəfindən Mövsüm Bağırovun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

www.yenicag.az

1652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv