Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda havanı çirkləndirən sexin sahibi 4 min manat cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenicag.az-a bildirib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib və o, 4000 manat məbləğində cərimə olunub.

Onun sözlərinə görə, sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib.

www.yenicag.az

157
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100