Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda həbs edilən erməniyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yeniçağ.az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

Yeniçağ.az

Loading...

www.yenicag.az

459
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100