Bakıda iki maşın toqquşdu – Yaralanan var

media-hightechnic-468x90

ere83Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olan “Volkswagen” markalı avtomobillə BYD markalı maşın toqquşub. Zərbənin gücündən “Volkswagen” səkiyə çıxıb.

Qəza nəticəsində BYD-də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən və ərazidəki kamera görüntülərinə baxıldıqdan sonra məlum olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa