Bakıda iməclik keçirildi
Bu gün Yeni Suraxanı-Binə yolunun ətrafında “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar iməcilik keçirilib.
Yenicag.az xəbər verir ki, sözügedən ərazinin 85 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Qeyd edək ki, “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.