!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda koronavirus xəstəsi kafeyə gedib dostları ilə görüşdü

!Reklam – Yazi

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, paytaxt sakini Cavad Abdullayevə sosial izolyasiya qaydalarına əməl edərək evdə oturmaq barədə xəbərdarlıq edilməsinə baxmayaq o, bu tələbə əməl etməyib.İctimaiyyət arasına çıxaraq xəstəliyin yayılmasına şərait yaradan bu şəxsin paytaxt ərazisində kafelərdən birinə getdiyi də kameralar vasitəsi ilə müəyyən edilib.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. C.Abdullayev barəsinə 37-ci Polis Şöbəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini tələb edirik.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv