!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda kürəkən baldızını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Maştağa qəsəbəsində yaşayan 50 yaşlı Yeganə Yəhyabala qızı İbrahimova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyata götürülüb.

Həkimlər sinə nahiyyəsindən bıçaqlanan Yeganə İbrahimovanın vəziyyətini orta ağır kimi qiymətləndiriblər. Xəstəxandan hadisə barədə 14-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.

İlkin istintaq zamanı zərərçəkən bacısının həyat yoldaşı tərəfindən aralarında düşən mübahisə zamanı bıçaqlandığını bildirib. Polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

 

www.yenicag.az

1565
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100