Bakıda kütləvi dava – Yaralılar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

Yenicag.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.

“Nizami” Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb. (Report)

COP29