“Kühül dağı”nın satışa çıxarılması xəbərinə RƏSMİ REAKSİYA: İnzibati icraat başlandı

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, elan saytlarının birində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kühül dağı”nın satışa çıxarıldığı barədə elan dərc edilib.

Yenicag.az xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məsləyə münasibət bildirilib.

Qeyd edilib ki, satışının həyata keçirildiyi bildirilən torpaq sahələri “Kühül dağı” (əhali arasında Bakıxanov dağı) adlanan təbiət abidəsinin üzərindədir.

“Təbiət abidəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qorunan ərazilər siyahısındadır. Həmin ərazi qayaların mühafizəsi üzrə proqramla əlaqədar Azərbaycan Resublikasının Alpinizm Fedarasiyasının balansına verilmişdir. Orada federasiya üzvləri tərəfindən müntəzəm olaraq qayayadırmanma məşqləri həyata keçirilir.

Qeyd edilən torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılmaması üçün “Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyi” və Bakıxanov Bələdiyyəsindən Sabunçu Rayon İcra Hakimiyyətinə bir neçə müraciətlər daxil olmuşdur. Müraciətlərə əsasən, torpaq sahələrində tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə icazə verilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən inzibati icraat başlanmış, bununla bağlı torpaq sahələrinin mülkiyyətçilərinə məlumat göndərilmişdir. İnzibati icraat yekunlaşdıqdan sonra məsələ ilə bağlı yekun qərar tərəflərə bildiriləcəkdir”, – deyə məlumatda vurğulanıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600