!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda "McDonald's"ın binasında intihar etmək istəyən gənc xilas edildi - VİDEO/YENİLƏNİB

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

***

23:55

Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.

Yenicag.az xəbər verir ki, gənc oğlan “Neftçilər” metrostansiyası yaxınlığında “McDonald’s”ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub./Report/

www.yenicag.az

9374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv