Bakıda məktəblidən şok cinayət: Azyaşlını ölümlə hədələyib evini qarət etdi

media-hightechnic-468x90

Bakıda orta məktəb şagirdi quldurluq edib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan 2003-cü il təvəllüdlü Mustafazadə Yaqub Qaraş oğlu tanışı, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan 2005-ci il təvəllüdlü Heydərli Amin Səxavət oğlunu bıçaqla öldürməklə hədələyib. Bundan sonra M.Yaqub H.Aminin yaşadığı evə gəlib.

Mustafazadə Yaqub mənzilə daxil olaraq seyfdən 3690 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600