!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda motosikletçinin törətdiyi ağır qəzanın REAL VİDEOsu – 18+

!Reklam – Yazi

20140625_205557Motosikletin ABŞ səfirliyinə məxsus avtomaşınla toqquşması nəticəsində bir qadın həlak olub

Yenicag.az xəbər verir ki, Avtosfer.az saytı ötən il dekabrın 29-da Bakıda motosikletçinin törətdiyi yol qəzasının videosunu yayıb. DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, motosiklet təhlükəli manevrlər edir və svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Bu zaman soldan hərəkət edən “Chevrolet” markalı avtomobillə toqquşan motosiklet və sürücü asfalta çırpılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb, sıxılmış vəziyyətdə qalıb. N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılıb.

Qeyd edək ki, “Chevrolet” ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub.  Motoskletin sürücüsü, 1993-cü il təvəllüdlü Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: “Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb».

https://www.youtube.com/watch?v=pHvIra7Lbk8

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv