Bakıda müəllim azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edildi

media-hightechnic-468x90

Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.

Yenicag.az xəbər verir ki, “Report”un əldə etdiyi xəbərə görə, T.Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.

Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə yetirmələr hazırlayır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600