!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bakıda Nuru Paşaya abidə ucaldılmalıdır" - Mirmahmud Mirəlioğlu  

!Reklam – Yazi

Bu gün Bakının işğaldan azad olunmasından 99 il ötür. Paytaxt sakinləri bu münasibətlə Türk Şəhidliyini ziyarət edib, şəhidlərin xatirəsinə dualar oxuyub.

Türk Şəhidliyini ziyarət edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Yenicag.az-ın suallarını cavablandırıb və 15 sentyabrın ölkəmiz üçün əhəmiyyətindən danışıb:

“Bu gün ölkənin hər yerində qeyd olunmalı tarixi bir gündür. Dərs ilinin ilk günü şagirdlərə bu barədə ətraflı məlumatlar çatdırılmalıdır. Bu günü bizə bayram kimi qeyd elətdirən şəhidlərimizdir, Qafqaz İslam Ordusunun qəhrəmanlarıdır. Onlar Bakını bizə paytaxt edənlərdir. Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri, Bakının erməni işğalından azad olunması, 1918-ci ilin mart ayındakı qırğınlara cavab verilməsi məhz bu tarixdən başlayır. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratını həll edən bir gündür. Çox təəssüf ki, biz millət, hakimiyyət, dövlət olaraq bu günə layiq olduğu qiyməti hələ ki verməmişik”.

Partiya rəhbəri həmçinin, Nuru Paşanın, ümumilikdə Qafqaz Müsəlman Ordusunun şərəfinə abidənin ucaldılmaması ilə bağlı iradlarını da bildirdi:

“Parlamentimizdə bu məsələ bir neçə dəfə müzakirə olunub, lakin hələ ki bir nəticə yoxdur. Bakını işğaldan azad edənlərin və Nuru Paşanın şərəfinə abidə ucaldılmalıdır. Türkiyə Cümhuriyyəti bu məsələdə əlindən gələni edib, burada 1138 şəhidin adı yazılıb. Bakının xilası üçün qanı bahasına mübarizə aparanların xatirəsi mütləq əbədiləşdirilməlidir”.

Aytək Yusifsoy

www.yenicag.az

1806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv