Bakıda polis maşını yandı – VİDEO

Ötən gün Bakıda Dövlət Yol Polisinə məxsus BMV markalı avtomobil yanıb.

Yenicag.az xəbər verir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında baş verib.

Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb. Yanğınsöndürənlər hadisə yerinə gələnə kimi, polis əməkdaşları avtomobildə olan yanğınsöndürən balonlarla yanğını söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xərasət alan olmayıb./Avtosfer/

Həmin görüntüləri təqdim edirik: